22:37
(077) 610-22-33

Avtomatlaşdırılmış qaydada pensiya təyin edilib- 951 nəfərə

  • >
327 16 Dekabr 2013 12:53 | Cəmiyyət

Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sisteminin tətbiq olunduğu cari ilin 5 ayı ərzində 951 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, 11 dekabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərin 951 nəfərin 262-si Bakı şəhərində, 689 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.

Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına bu ilin 11 iyul tarixindən etibarən başlanılıb. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.

Belə ki, yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş "190-0 Cağrı Mərkəzi"nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir.

Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.

AzNews.az
Bağla X