FHN-in xüsusi kambinatının yenidən qurulan binası açıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Pereküşkül qəsəbəsində yerləşən "İzotop" xüsusi kombinatının yenidən qurulan inzibati binasının açılışı olub.

Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.

Əvvəlcə kombinatın yeni qurulan nəzarət-buraxılış məntəqəsinə baxış olub. Daha sonra K.Heydərov binanın açılışını bildirən rəmzi lenti kəsib.

Məlumat verilib ki, kombinatın 3 mərtəbəli binası bütün lazımi kommunikasiysa sistemi və avadanlıqla təhciz olunub. Binanın 1-ci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. 1-ci mərtəbədə, həmçinin radioekoloji monitorinq bölməsi, təchizat otağı, yeməkxana və tibb məntəqəsi yerləşir.
Binanın 2-ci mərtəbəsində tədris otağı, xidməti otaq və akt zalı, 3-cü mərtəbədə isə iclas zalı və Radiasiya müdafiəsinin təşkili mərkəzi yerləşir.

Qeyd edilib ki, "İzotop" xüsusi kombinatı radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzunmüddətli saxlanılması və basdırılması, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası və bakterioloji monitorinq aparmaq üçün bütün lazımi avadanlıq və cihazlarla təchiz olunub.

AzNews.az