15:11
(077) 610-22-33

Toy günü qaçan gəlinin ailəsi məhkəmədə

  • >
195 16 Dekabr 2013 19:22 | Cəmiyyət

Bir neçə ay əvvəl Ağcabədidə gəlinin öz toyu günü bəy evindən qaçması olayı gündəmi zəbt etmişdi

Bu hadisədən sonra tərəflər bir-birini qarşılıqlı ittihamlar etmiş, hətta gəlini toy günü əldən buraxan bəy tez-tələsik başqa qızla da evlənmişdi.

Artıq tərəflər arasındakı mübahisəli məsələlərin həlli üçün məhkəmə prosesi də başlayıb.

Xezerxeber.com yazır ki, Ağcabədi rayon Məhkəməsində zərərçəkmiş bəy – Balabəy Əliyevin anası, Zülfiyyə Əliyevanın müraciəti əsasında məhkəmə baxışı keçirilib. Z.Əliyeva məhkəmədə toya çəkilən xərc və qıza alınmış qızılları tələb edib.

Qeyd edək ki, Z.Əliyeva əvvəlcə hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin işdə cinayət tərkibi aşkarlanmayıb. Ona görə də iş məhkəməyə göndərilib.

Xatırladaq ki, toydan qaçan gəlin "102" qaynar xəttinə zəng vurub və zorla ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib. Rayon polis şöbəsindən bildirib ki, qız gəlinlik paltarında dayısı arvadı ilə birlikdə şöbəyə gəlib. Gəlin iddia edib ki, o, öz dayısı oğlunu sevir.

Mübahisəli vəziyyəti araşdırmaq üçün bəy tərəfi də polisə dəvət olunub. Dindirildikdən sonra oğlan tərəfinin bu işdə heç bir günahı olmadığı müəyyənləşib.


AzNews.az
Bağla X