04:03
(077) 610-22-33

Sığorta haqqında qanunda dəyişiklik edildi

  • >
240 16 Dekabr 2013 19:40 | Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 806-IVQD nömrəli Qanununun tətbiqi və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman verib.


Fərmanda deyilir:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 81-3.5-ci maddəsinə uyğun olaraq, aktuari şəhadətnaməsi verilməsi üçün ödənilən dövlət rüsumunun məbləğinin müəyyən edilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 81-7-ci maddəsinə uyğun olaraq, müvafiq inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 184) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 1.1.9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.".
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

4.1. üç ay müddətində aşağıdakıları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

4.1.1. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.11-ci maddəsinə uyğun olaraq, sığortaçıların rəsmi internet səhifəsi və elektron informasiya sistemi ilə bağlı minimum tələbləri;

4.1.2. həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş borcun verilməsi qaydalarını;

4.1.3. həmin Qanunun 73.6-cı maddəsinə uyğun olaraq, sığortaçıların birləşməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını;

4.1.4. həmin Qanunun 78.4-cü maddəsində nəzərdə tutulmuş hesabatların siyahısını, formalarını və dövriliyini;

4.1.5. həmin Qanunun 79.2-ci maddəsinə uyğun olaraq, sığortaçının tələb olunan kapitalının minimum məbləğini;

4.1.6. həmin Qanunun 81-2.2-ci maddəsində nəzərdə tutulmuş aktuar hesablamaların aparılmasına dair təlimatı;

4.1.7. həmin Qanunun 81-3.6-cı maddəsində nəzərdə tutulmuş aktuari şəhadətnaməsinin formasını və doldurulması qaydasını;

4.1.8. həmin Qanunun 83.6-cı maddəsində nəzərdə tutulmuş şəxslərin kateqoriyasını;
4.1.9. həmin Qanunun 88.1-ci maddəsində nəzərdə tutulmuş məbləği;

4.1.10. həmin Qanunun 93.2-3-cü maddəsinə uyğun olaraq, fiziki şəxs olan sığorta agentinin fəaliyyəti barədə rüblük hesabatın formasını;

4.2. həmin Qanunun 16.5-ci maddəsinə uyğun olaraq sığorta bazarında ən çox yayılmış könüllü sığorta növlərinin siyahısını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müddəalarla bağlı:
5.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin maddədə müəyyən edilmiş müddətlərdən tez qüvvəyə minməsin;

5.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin maddədə müəyyən edilmiş müddətlər nəzərə alınsın.



AzNews.az
Bağla X