18:29
(077) 610-22-33

Anar Məmmədli həbs edildi

  • >
570 16 Dekabr 2013 20:24 | Cəmiyyət

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri (SMDTM) Anar Məmmədli həbs edilib.
AzNews.az-ın məlumatına görə, o, bu gün saat 5-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Daha sonra Anar Məmmədlini Nəsimi məhkəməsinə, oradan isə Nərimanov polis iddarəsinə aparılıb.

Qeyd edək ki, oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində axtarış aparıb. Külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı cinayət işi açılıb.

AzNews.az
Bağla X