12:06
(077) 610-22-33

Leyla Əliyeva forum iştirakçılarına müraciət etdi

  • >
1 142 17 Dekabr 2013 14:10 | Cəmiyyət

"Biz planetin ən mənzərəli və faydalı qazıntılarla zəngin olan regionlarından birində yaşayırıq".


Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) kampaniyasının təsisçisi və rəhbəri Leyla Əliyevanın "Bir-birimizdən öyrənirik!" Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətləri gənclərinin beynəlxalq ekoloji forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Müraciətdə bildirilir: "Bununla belə, biz insanın ətraf mühitə zərərli təsirini tez-tez unudaraq, təbiətin qüdrətli olduğunu güman etməyi vərdiş halına gətirmişik. Yer əhalisinin gündəlik fəaliyyəti həyatımızın təmiz hava və içməli su kimi ən sadə tərkib hissələrini təhlükəyə məruz qoymaqla ekologiyaya ciddi ziyan vurur".

L.Əliyeva qeyd edib ki, 2013-cü il "MDB-də ekoloji mədəniyyət və ətraf mühitin qorunması ili" elan edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib:

"Gənclər başa düşməlidirlər ki, ölkələrimiz regionun ekologiyasının gələcəyinə görə ümumi məsuliyyət daşıyırlar və həssas təbiətimizin xilası naminə yalnız birgə fəaliyyət və əməkdaşlıq bu sahədə hiss ediləcək nəticələr verə bilər. Bu baxımdan bizdən - ünsiyyət və innovasiyalara açıq olan, qabaqcadan yaranmış səhv fikirlərdən və süni şəkildə yaradılmış sərhədlərdən uzaq olan gənc nəsildən çox şey asılıdır".

IDEA-nın devizində deyilir: "Vahid Yer kürəsi - vahid gələcək".
IDEA kampaniyasının rəhbəri müraciətində bildirib: "Planetin gələcəyi bizim əllərimizdədir və yalnız birləşməklə təbiəti mühafizə və hazırda sahib olduğumuz Yerin gözəlliyini gələcək nəsillərə hədiyyə edə bilərik".

Leyla Əliyeva əmin olduğunu bildirib ki, bugünkü forum fikir mübadiləsi və qlobal ekoloji problemlərin yeni həll yollarının axtarışı üçün yaxşı imkan olacaq: "Forum iştirakçılarına bu vacib işdə uğurlar arzulayıram!"

AzNews.az
Bağla X