05:58
(077) 610-22-33

Sabiq nazir müavini Veteranlar Şurasının sədri seçildi - FOTO

  • >
470 17 Dekabr 2013 19:53 | Cəmiyyət

Bu gün Bakı Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar Şurasına seçkilər keçirilib.

AzNews.az APA - ya istinadən xəbər verir ki, bu barədə Şuranın üzvü Əzizağa Qənizadə məlumat verib.

Onun sözlərinə görə, seçkilər nəticəsində ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov Şuranın sədri, ehtiyatda olan polkovnik İsa Qasımov isə Şuranın məsul katibi seçilib.

Qeyd edək ki, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov 1993-cü ildə müdafiə nazirinin cəbhə istiqaməti üzrə müavini olub. Atəşkəsdən sonra isə Silahlı Qüvvələrin təhsil müəssisələrində müxtəlif vəzifələrdə, o cümlədən Silahlı Qüvvələr Hərbi Akademiyasında kafedra rəisi vəzifəsində çalışıb.


AzNews.az
Bağla X