Hadı Rəcəbli: “Uşağın cinsinə görə abort edilməsi ciddi fəsadlar törədir”


Son vaxtlar Azərbaycanda boşanmaların sayının artmasının əsas səbəbi sonsuzluq problemindən qaynaqlanır. İllərlə uşaq gözləyən, getmədiyi xəstəxana qalmayan, cütlüklər uşaqsızlıqdan bəzən ailənin, məhəbbətin üsündən xətt çəkməli olurlar. Amma təəssüf olsun ki, bu gün uşaq sahibi olmaq istəyənlərlə yanaşı uşaqdan imtina edənlər də az deyil. Müasir dövürdə əksər ailələr bir və ya iki uşağın olmasına üstünlük verirlər.

Əgər onlara üçüncü, dördüncü körpə qismət olsa, onun qatilinə çevrilirlər. Ancaq həyata gələcək körpənin qatili təkcə valideyinlər deyil, bu işdə onlara həkimlər də yaxından köməklik göstərir. Hətta onlar atanın razılıq verib-vermədiyini öyrənmədən bu əməliyyatı yerinə yetirirlər. Hansı ki, başqa ölkələrdə bu prosedur bir qədər fərqli aparılır. Məsələn qonşu Türkiyədə qadınların abort etdirməsinə mütləq həmin uşağın atası da icazə verməlidir. Azərbaycanda isə uşağın abortuna razılıq verilməsi barədə atadan heç bir yazılı razılıq alınmır. Abortlar əsasən başqa adlar altında aparılır, səbəb göstərilmir, sadəcə, bunun qadının öz istəyi ilə həyata keçirildiyi bildirilir.

Respublika Mərkəzi Klinik Xəstəxanasının ginekoloqu Könül Əmiraslanova bildirir ki, abortla bağlı müraciətlərin heç də hamısı "hə" cavabı almır: "Bizə çoxlu sayda müraciət olunur, amma biz sadəcə problem olan dölləri abort etdrik. Buna tibii abort deyilir, amma canlı abort bizdə olunmur. Bizə müraciət edən şəxslərə başqa xəstəxanalara üz tutmalarını məsləhət görürük.

Qanunvericilikdə göstərilməsə də, Səhiyyə Nazirliyi öz təlimatlarında abortu qadağan edib. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə AzNews.az-a bildirib ki, aborta qanunda istisna hal kimi, yalnız bir sıra xəstəliklərlə bağlı icazə verilə bilər.

Abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və "Sağlamlığın qorunması haqında" qanunda öz əksini tapa bilər: "Uşağın cinsinə görə abort edilməsi ciddi fəsadlarla müşahidə olunur. Dünyanın bir sıra ölkələrində, Çində, İranda abort qadağan olunub. Abort vəhşilik, insanın öldürülməsi, eyni zamanda insanların seksual tərbiyəsinin aşağı olmasıdır".

Bahadur Qobustan
AzNews.az