06:38
(077) 610-22-33

TQDK nəticələri açıqladı

  • >
674 14 Avqust 2012 09:03 | Cəmiyyət

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlandı. Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytında yerləşdirilib.

TQDK-dan AzNews.az-a verilən məlumata görə, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2012-cu il avqustun 15-dən 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.


İlkin

AzNews.az

Bağla X