13:57
(077) 610-22-33

Taun Əleyhinə Stansiya xəbərdarlıq etdi

  • >
2 108 14 Avqust 2012 15:30 | Cəmiyyət

Ətin düzgün kəsilməməsi də qara yara mikrobuna yoluxma ehtimalını artırır


Yay-payiz aylarında qara yara mikrobunun yayılma ethimalınını çox olması nəzərə alaraq Respublika Taun Əlehinə Stansiya xüsusilə kənd təsərrüfatı ilə məşğul okanları ehtiyatlı olmağa çağırıb.


Stansiyanını direktor müavini Şair Qurbanov AzNews.az-a açıqlamasında bildirib ki, il ərzində Azərbaycanda 10-a yaxın qara yara mikrobu ilə yoluxma faktı qeydə alınır ki, bəzi hallarda bu rəqəm 20-yə yüksəlir: "Qara yara mikrobu yay və payız dönəmində heyvanların qurumuş otları yeməsi, eləcə də torpaqla təmasından yaranır. Bu mikpor torpaqda uzun illər, hətta 100 il belə qala bilər. İnsan da həmin mikropa yoluxan heyvanla təmas zamanı və ya yoluxmuş heyvanını ətindən istifadə edərkən yoluxa bilər".


Direktor müavinin sözlərinə görə, yoluxma daha çox dərinin tamlığı pozulanda baş verir ki, bu hala da ölü heyvanların düzgün basdırılmaması, kəsilmiş heyvanların ətinin doğranması zamanı qaydalara əməl edilməməsi nəticəsində təsadüf edilir:" Son 50 ildə insanlar arasında qara yara mikrobu ilə yoluxmadan ölüm halı baş verməyib. Bunun da əsas səbəbi yoluxmanın 99 faiz dəri formasında olması ilə bağlıdır".

Kəmalə

Aznews.az

Bağla X