19:04
(077) 610-22-33

Rezidenturaya sənəd qəbulu başlandı

  • >
625 15 Avqust 2012 08:24 | Cəmiyyət



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən ali tibbi təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna başlayıb. Komissiyadan AzNews.az-a verilən məlumata görə, internet vasitəsilə aparılacan sənəd qəbulu avqustun 24-dək davam edəcək. Bu müddətdə namizəd TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurulmalıdır.


Namizəd virtual ödəmə kartını internet ödəmə və ya 7725 SMS xidmətindən istifadə etməklə əldə edə bilər. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirilməlidir.


Azərbaycanda baza ali tibb təhsili olan şəxslər rezidenturaya qəbul olunmaq hüququna malikdirlər.Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.


AzNews.az

Bağla X