13:29
(077) 610-22-33

Bahar Muradova: “Daha ciddi nəticələr əldə ediləcək”

  • >
356 1 Yanvar 2014 09:20 | Cəmiyyət


"Dünya azərbaycanlılarının həmrəyliyi getdikcə daha aktuallıq kəsb edir".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

O deyib ki, Azərbaycanın varlığı və onun getdikcə güclənməsi, inkişafı, müstəqil iradə sahibi kimi beynəlxalq aləmdə çıxış etməsinin bir səbəbi də dünya azərbaycanlılarının birliyi onların vahid ideya və məqsəd ətrafında toplaşmasıdır:

"Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycançılıq ideyası soydaşlarımızın harda yaşamasından asılı olmayaraq vətənə xidmət etməsinə stimul yaratmalıdır. Vaxtilə dünyada Azərbaycanın diaspor qurumlarının təşkilatlanması bir vəzifə kimi qarşımıza qoyulmuşdu. Amma artıq bu təşkilatların fəaliyyətinin keyfiyyəti məsələsi daha yüksək standartlara cavab verir".

O qeyd edib ki, artıq Azərbaycan diaspor təşkilatlarının dünyada gedən prosseslərə təsir göstərən bir faktor kimi çıxış etməsi məsələsi gündəmdədir:

"Qarşımızda Dağlıq Qarabağ boyda problemin həlli məsələsi durur. Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bərpa olunması üçün ölkə həqiqətlərini dünyada daha uca səslə çatdırılması vəzifəsi də durur. İnanırıq ki, Azərbaycanın və türk dünyası diaspor təşkilatlarının apardıqları birgə fəaliyyətlər nəticəsində bu sahədə də daha ciddi nəticələr əldə ediləcək".

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə azərbaycanlıları təbrik edən B. Muradova deyib ki, 31 dekabr millətin birlik şüarının simvoludur.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X