Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir

Cənub rayonlarında qazın qiyməti qalxdı

Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir



Cənub bölgəsində bəzi yanacaqdoldurma məntəqələrində maye qazın pərakəndə satış qiymətləri süni şəkildə artırılıb.

AzNews.az-ın xəbərinə görə, bölgədə aparılan müşahidələr zamanı bəlli olub ki, yanacaqdoldurma məntəqələrində maye qaz artıq 35 qəpik/litr, bəzi hallarda isə hətta 40-45 qəpik/litr qiymətinə satılır. Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir.

Bəzi yerlərdə isə satıcılar qazın satış qiymətinin qalxmasını digər yanacaq məhsullarının satış qiymətinin qalxması ilə əlaqələndirirlər.

Xatırladaq ki, Tarif Şurası tərəfindən ötən ay bəzi yanacaq növlərinin pərakəndə satış qiyməti artırılsa da, maye qazın qiyməti dəyişməz (30 qəpik/litr) saxlanılıb.

Amid
AzNews.az