Respublika Klinik Xəstəxanasınıda antisanitariya Respublika Klinik Xəstəxanasınıda antisanitariya

Sağlamlıq mərkəzi, yoxsa xəstəlik mənbəyi? - FOTO

Respublika Klinik Xəstəxanasınıda antisanitariya



Xəstə insanların sağlamlığının qeydinə qalmaq dövlətinin ən əsas vəzifələrindən biridir. Ölkə o vaxt iqisadi və siyasi cəhətdən güclü olur ki, onun sağlam vətəndaşları olur. Amma təəssüf ki, bəzi xəstəxanalarda insanların sağlamlığının qeydinə qalınmaması bir yana, hətta xəstəlik üsünə xəstəlik gəlir.

Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasınıda da biz belə hallara şahid olduq. Xüsusi ilə xəstəxananın birinci korpusunun 3-cü mərtəbədə yerləşən "Sinir Xəstəlikləri" bölməsində qarşılaşdığımız mənzərə ürək ağrıdır. Sinir xəstəliyindən müalicə alan insanların burda əlavə stres keçirməməsi müşkül məsələdir. Şöbənin palatalarında demək olar ki, antisanitariya halları baş alıb gedir. Bu hallardan başqa binanın ciddi təmirinə ehtiyac var. Palataların döşəmələri, tavanlları, divarları çox bərbad vəziyyətdədir.

Əsasən əhalinin kasıb təbəqəsinin müalicə aldığı bu xəstəxana da "ucuz ətin şorbası olmaz" deyimi çox dəbdədi. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən aldığımız məlumata görə, bu acınacaqlı vəziyyət yaxın zamaanlarda öz həllini tapacaq: "Bu xəstəxananın təmiri hissə-hisə nəzərdə tutulub və hal-hazırda ikinci korpusda təmir işləri başlayıb. Əsas korpusda da təmir işlərinə yaxın günlərdə başlanılacaq".

Respublika Klinik Xəstəxanasınının baş həkiminin müavini Mahir Babayev isə təmirin yaxın günlərdə başlayacağını bildirdi: "Biz xəstələrin qayğısına yaxşı qalırıq sadəcə binanın təmirə ehtiyacı var və yaxın günlərdə buna başlanılacaq". Amma Mahir həkim xəstəxanadakı antisanitariya hallarinin aradan nə vaxt qaldırılacağı barədə heç nə demədi.

Bahadur
AzNews.az

image description image description image description image description image description