Rauf Arifoğlu təhqirlərə cavab verdi

"Ali Hacıyev adlı biri Kəmalə xanıma məsləhət gördü ki, gəlib redaksiyada mənim üstümə benzin töküb, yandırsın..."

"Axar.az"ın məlumatına görə, bunu Rauf Arifoğlu cəbhəçilərin təhqirlərinə cavab olaraq yazdığı statusda bildirib. "Yeni Müsavat" qəzetinin Baş redaktoru heç bir səbəb olmadan hədəfə alınmasının səbəblərinə aydınlıq gətirilməsini istəyir. R.Arifoğlu statusunda bunları yazıb: "Bayaq Kəmalə Bənənyarlı xanım yanlış məlumat əsasında bir status yazdı, məni babat "təriflədi". Lakin sonradan onu sildi, yanlışlığa görə üzr istədi... Telefonla da danışdıq, dedi ki, Naxçıvan MTN-in qurduğu bir oyun idi... Onun əvvəlki statusunu 19 nəfər bəyənmişdi, şərh yazanlar da vardı - təbii ki, məni təhqirlərlə. Hamısı da cəbhəçilərdi. Ali Hacıyev adlı biri də Kəmalə xanıma məsləhət gördü ki, gəlib redaksiyada mənim üstümə benzin töküb, yandırsın... AXCP rəhbərliyinin diqqətinə çatdırıram bu detalları. Həmin yazışmaların "screen-shot"unu da bu dəfə Əli Kərimlinin özünə göndərəcəm".


AzNews.az