“Münasibətləri qarşılıqlı anlaşma əsasında quracağam” “Münasibətləri qarşılıqlı anlaşma əsasında quracağam”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri danışdı

“Münasibətləri qarşılıqlı anlaşma əsasında quracağam”



Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri təyinatından və gələcək fəaliyyətindən danışıb.


Bu barədə açıqlama verən nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib ki, mətbuatla münasibətlərini qarşılıqlı anlaşma əsasında davam etdirəcək:

"Cənab nazirin əmri ilə mən bu vəzifəyə təyin edilmişəm. Hal-hazırda həmin vəzifəni və işləri qəbul etmişəm, bu səlahiyyətləri yerinə yetirirəm. Mətbuatla münasibətlərimi hərbi və dövlət sirlərinin qorunması şərtlərini təmin etməklə, qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında quracağam".

Qeyd edək ki, V. Dərgahlı bu vəzifəyə qədər nazirliyin İnformasiya İdarəsində çalışıb.(apa)
image description