Dağlıq rayonlara qar yağacaq

Yaxın iki gün ərzində Azərbaycanda nisbətən mülayim hava şəraiti davam edəcək. Lakin sabah ölkənin bəzi yerlərində hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Hava əsasən günün birinci yarısında az yağıntılı olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Şimal küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yanvarın 8-də Azərbaycanın rayonlarında bəzi yerlərdə hava az yağıntılı olacaq. Dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

AzNews.az