Nazir vətəndaşlarla görüşəcək


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərində vətəndaşlarla görüşəcək.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, nazir yanvarın 10-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Quba, Qusar, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyənlər Təhsil Nazirliyinin "qaynar xətt"inə müraciət edə bilərlər.

Elnarə
AzNews.az