14:09
(077) 610-22-33

Vəkil olmaq istəyənlərin nəzərinə

  • >
286 7 Yanvar 2014 15:12 | Cəmiyyət

Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı yanvarın 11-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə iştirak etmək ücün 706 nəfər sənəd verib. İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri, 60 nəzarətçi-müəllim ayrılıb.

İmtаhаn zamanı nаmizədlərə 100 suаldаn ibаrət test tapşırığı təqdim оlunаcаq: 80 suаl nаmizədlərin hüquq sahəsi üzrə biliyini, 20 suаl isə onların məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Cavablar həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək və nəticələr Vəkillər Kollegiyasına təqdim olunacaq. Namizədlərə bilavasitə sənəd verdikləri komissiyada ballar haqqında arayış veriləcək.

Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar.

AzNews.az
Bağla X