Müdafiə Nazirliyinin sözçüsü kimdir?

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlının tərcümeyi-halının bəzi məqamları açıqlanıb.

AzNews.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə Lvov (Ukrayna) Ali Hərbi-Siyasi Məktəbinin hərbi-jurnalistika fakültəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətində, Hərbi Elmi Mərkəzdə, İnformasiya İdarəsində, Müdafiə nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib.

2013-cü ilin dekabr ayının 31-dən Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Resbublikasının Müharibə veteranı və Silahlı Qüvvələr veteranıdır.

AzNews.az