02:28
(077) 610-22-33

Dövlət sirlərinin qorunması ilə bağlı Rəsmi açıqlama

  • >
546 7 Yanvar 2014 15:51 | Cəmiyyət

Müdafiə Nazirliyi nazirlik sistemində həyata keçirilən son təyinatlarla bağlı açıqlama yayıb.

Nazirliyin saytında bildirilir ki, Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir və bu barədə müxtəlif məlumatlar yayılır: "Aparılan yerdəyişmələr rotasiya qaydasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir və xidmətin səmərəliliyini artırmağa yönəlib. Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan islahatlar, struktur dəyişikliyi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmələr barədə məlumatları yayarkən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edir".


AzNews.az
Bağla X