Daha bir azərbaycanlı Suriyada öldürüldü - FOTO

Suriyada daha bir azərbaycanlı öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə özünü mücahid adlandıranlara məxsus saytlar məlumat yayıb.

Məlumata görə, həlak olan şəxs Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan "İraq-Şam İslam Dövləti" qruplaşmasının üzvü, "Primorskiy Muhammed" ləqəbi ilə tanınan Azərbaycan vətəndaşıdır. Onun Bəşər Əsəd qüvvələri tərəfindən öldürüldüyü bildirilir. "Primorskiy Muhammed"in meyitinin fotoları da yoldaşları tərəfindən sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Suriyada daha iki azərbaycanlı öldürülüb.

Onlar "Əl-Nüsra Cəbhəsi"nin sıralarında döyüşən Namiq Əsgərov və "Azəri Seyfullah" ləqəbli Soltan adlı şəxsdir.


AzNews.az