Ölkələrin sağlamlıq reytinqi açıqlanıb Ölkələrin sağlamlıq reytinqi açıqlanıb

Azərbaycan 87-ci yerdədir

Ölkələrin sağlamlıq reytinqi açıqlanıb


"Bloomberg" agentliyi ayrı-ayrı ölkələr üzrə sağlamlıq göstəricilərini tərtib edib. Reytinqin tərtib edilməsi üçün agentliyin əməkdaşları məcmu sağlamlıq indeksi düşünüblər. Daha sonra isə ondan insan sağlamlığı üçün risklər indeksini çıxıblar. Sağlamlıq səviyyəsinin qiymətlənməsində həmin ölkədə orta həyat müddəti, uşaq ölümün səviyyəsi, təbii artım, ölümün səbəbləri, üç yaş qrupu üzrə ölüm göstəriciləri, 65 yaşına çatmış qadın və kişilərdə ölüm göstəriciləri nəzərə alınıb.

Reytinqi aşağı salan, risk faktorları sırasında yaşlılar arasında siqaret çəkənlərin, spirtli içki qəbulu, piylənmə, zəif fiziki aktivlik, xolesterol göstəriciləri, qan təzyiqi və qandakı qlükoza səviyyəsi, QİÇS-ə yoluxmuş inşaların sayı, ekoloji situasiya, həmçinin uşaq xəstəliklərini qeyd etmək olar.

AzNews.az-ın banker.az saytına istinadən verdiyi məlumatda bildirilir ki, "Bloomberg"in qənaətinə görə, ən sağlam ölkə Sinqapurdur. İtaliya ondan azacıq geri qalır. Sonrakı yerləri isə Avstraliya, İsveçrə və Yaponiya tutur. Azərbaycan siyahıda 87-ci yerdə qərarlaşıb. Qonşu Gürcüstan daha irəlidə 71-ci, Türkiyə isə 44-cü pillədə yer alıb. Maraqlıdır ki, Ermənistan da siyahıda bizi 79-cu yerlə qabaqlayır. 145 ölkədən ibarət siyahını Afrika qitəsinin ölkələri Mozambik, Çad, Konqo, Lesoto və Svazilend tamamlayır.

Bahadur
AzNews.az