Şirkət rəhbərliyi geri çəkildi - Video

"Qum adası" və "Bahar" yataqlarında neft hasilatı ilə məşğul olan "Bahar enerji" əməliyyat şirkətinin ixtisar edilərək işdən çıxarılmasına qərar verən əməkdaşları bu gün rəhbərlik tərəfindən qəbul edilib.
Şirkətin rəhbəri Əmir Mahmudzadə xüsusilə qaçqın, dul, öhdəsində azyaşlı uşağı olan qadınları işə bərpa edəcəyinə söz verib. Təxminən 50 nəfər qadin işçi yenidən işə bərpa edilmək haqqında ərizə yazaraq şirkətə təqdim edib. Ötən gün isə ixtisarlara etiraz olaraq işçilərin aksiya keçirməsi barədə xəbər yayılmışdı. Mətbuatda hətta 3 min əməkdaşın işini itirməsi haqqında xəbərlər var. "Bahar enerji" şirkətinin rəhbərliyi mətbuatın qarşısına çıxmasa da, bizə açıqlamasını təhlükəsizlik xidməti əməkdaşları vasitəsilə çatdırdı. Əmir Mahmudzadənin adından verilən məlumata görə, şirkət cəmi 147 nəfərlə əmək müqaviləsinə son qoyub. Onlara da 6 aylıq əmək haqqı məbləğində kompensasiya verilib. Ümumilikdə "Bahar enerji" də cəmi 1100 nəfərin çalışdığını deyən rəhbərlik mətbuatda səslənən rəqəmlərin yalnış olduğunu bildirdi. Xatırladaq ki, "Bahar enerji" şirkətinin səhmlərinin 66,7%-i iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Bağlan qrup" a məxsusdur.





AzNews.az