"İstirahət etmək istəyirəm" "İstirahət etmək istəyirəm"

Eldar Sabiroğlu: “Bir az ara keçsin, danışarıq“

"İstirahət etmək istəyirəm"




"Ötən ay sizə verdiyim axırıncı açıqlamada dediyim kimi, hələ ki dincəlirəm. 20 gündür istirahət edirəm, hələlik planım bundan ibarətdir, bir qədər istirahət etmək istəyirəm".

Bu sözləri Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu deyib.

Deyiləcək başqa heç bir sözünün olmadığını söyləyən E.Sabiroğlu yeni təklif də almayıb: "Təkliflərə gəlincə hər şey zamanında görsənəcək. Ona görə də indidən nəsə demək tezdir. Bir az ara keçsin, danışarıq".

Müdafiə Nazirliyinin mətbuat xidmətindəki yeni təyinata gəlincə, E.Sabiroğlu hər kəsə uğurlar arzulayıb.

AzNews.az