15:37
(077) 610-22-33

Ağdamla - “Haqq-hesab” - FOTO

  • >
1 404 8 Yanvar 2014 11:19 | Cəmiyyət

AzNews.az-ın "Haqq-hesab" layihəsinin budəfəki qonağı Ağdam rayonudur.


Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ağdamın dağıdılan kəndlərinin bərpa edilməsi, infrostrukturun yeniləşdirilməsi istiqamətində son zamanlar mühüm tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Quzanlı qəsəbəsində uşaq xəstəxanası və doğum evi, həmçinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, "Aqroservis" kompleksi, 180 şagird yerlik Səfərli kənd tam orta məktəbinin binası, Birinci Dördyol qəsəbəsində "İctimai xeyir-şər evi", Hacıturalı kəndində tibb məntəqəsi tikilərək istifadəyə verilib. Rayonun girişində "Qala" parkı yaradılıb.

689 mənzilli qəsəbədə və Birinci Yüzbaşılı kəndində uşaq bağçaları, Alıbəyli, Çəmənli, Qaradağlı və Hacıturallı kənd tam orta məktəbləri əsaslı təmir olunub.

Rayonun təmas xəttindən 3 kilometr məsafədə yerləşən Orta Qərvənd, Ayaq Qərvənd, Mirəşelli, Əhmədağalı və Zəngişalı kəndlərində 111 evin təmiri və 43 evin yenidən tikilməsi artıq başa çatıb.

Ümumilikdə son zamanlar rayonun Çıraqlı və Orta Qərvənd kəndlərində müharibə nəticəsində zərər çəkmiş 66 ev təmir olunub, 38 yeni ev tikilib.

Quzanlı qəsəbəsindəki Heydər Əliyev parkında yenidənqurma işləri aparılıb, şəlalə-bulaq kompleksi yaradılıb, qəsəbənin küçələrinə asfalt salınmışdır.

Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.

AzNews.az
Bağla X