Sülhəddin Əkbər: “Milli Şurada ciddi böhran yaranıb”


"Düzgün qərar verilməzsə, Milli Şura tənəzzülə uğrayacaq".


Bunu AzNews.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib.

O, Milli Şura üzvləri arasında başlanılan danışıqları şərh edərkən bildirib ki, bu müzakirələr Milli Şuranın bundan sonrakı fəaliyyətinin davam etdirilməsi yollarının aranması məqsədi ilə aparılır:

"Artıq bütün enerji Milli Şuranın qorunub saxlanılmasına yönəlib. Fikrimcə, Milli Şuranı qoruyub, saxlamalıyıq".

S.Əkbər fikrincə, "Milli Şura fəaliyyətini başa vurub" kimi fikirlər yanlışdır: "Milli Şurada yaranmış vəziyyət göz qarşısındadır. İstər müxalifətdə, istərsə də Milli Şurada gedən proseslər çox şəffaf gedir. Təbii ki, Milli Şurada ciddi böhran yaranıb. Biz də həmin böhrandan çıxış yollarını arayırıq".

Bahar Rüstəmli
AzNews.az