149 “göydələn“ təbii qazla təmin olunub

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

ARDNŞ-dan bildiriblər ki, 2013-cü il ərzində Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, 30374 mənzili əhatə edən 149 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

Xatırladaq ki, 2012-ci ildə 60 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilib.

AzNews.az