Hesablama Palatası Bakı meriyasında yoxlama aparacaq

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclası keçirilib.

AzNews.az-ın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Dövlət Neft Akademiyasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına, Bakı şəhər Təcili Tibbi Yardım avtobazasına ayrılan vəsaitlərin proqnozlaşdırılmasına və icrasına, habelə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları təsdiq olunub.

AzNews.az