Mirkamil Aynişanla münasibətinə aydınlıq gətirdi

Bir müddət əvvəl İranda ürəyindən əməliyyat olunan "Xalq ulduzu" yarışmasının iştirakçısı Mirkamil Kamilov Bakıya qayıdıb.


Gənc ifaçı "Ümid var" verilişində özünü yaxşı hiss etdiyini deyib:

"15 gündən sonra yenidən İrana yollanacağam. Orada Amerikadan gətirilən bir aparat vasitəsilə ürəyimə baxılacaq. Əməliyyat zamanı narkoz vermədilər. Ürək döyüntülərim zəif idi. Hətta bəzən gecələr yatanda dayanırmış. Həkimlər narkozdan qorxub. Buna görə də keyitmə ilə ediblər".

Mirkamil həmçinin əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva ilə nişanlanma xəbərinə də münasibət bildirib:

"Bu müddət ərzində mənə dəstək olan Aybəniz xanıma və dostlarıma təşəkkür edirəm. Aynişanla nişanlanmağımız haqda məlumat ortaya çıxıb. Aybəniz xanım mənim anam kimidir. Belə bir söhbət yoxdur. Biz Aynişanla sevgili deyilik. İndiyədək haqqımda bir neçə dəfə belə xəbərlər yayılıb. Amma hələ ki, evlənməyə vaxtım yoxdur".(Axşam.az)