22:32
(077) 610-22-33

4 piyada keçidi inşa edilir

  • >
260 9 Yanvar 2014 11:26 | Cəmiyyət

Bakının Ziya Bünyadov prospektində (keçmiş Dərnəgül şossesi) 4 piyada keçidinin tikintisi işləri davam etdirilir.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, piyada keçidləri Ziya Bünyadov prospekti 118-də, "Hyundai" avtoservisinin qarşısında, Ziya Bünyadov prospektindəki "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanında, Ələsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində və Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaxınlığında inşa edilir:

"Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığındankı keçiddə dayaqlar montaj olunub, hazırda üzləmə işləri gedir. Ələsgər Qayıbov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki keçiddə dayaq bünövrələri tikilib, hazırda dayaqların və aşırım meydançasının tikinti meydançasına gətirilməsi həyata keçirilir.

"Hyundai" avtoservisinin qarşısındakı və Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaxınlığındakı keçidlərdə isə dayaq bünövrələri tikilib, hazırda dayaq və aşırım qurğuları zavod şəraitində hazırlanır".

Piyada keçidlərinin parametrləri eyni olacaq: uzunluğu 56 metr, eni 3 metr, yerdən hüdürlüyü isə 6 metr təşkil edəcək.

AzNews.az
Bağla X