Baytarlıq Xidməti əməkdaşları xaricdə monitorinqə başladılar


Dövlət Baytarlıq Xidməti (DBX) Azərbaycana quş və quş əti məhsulları idxal edilən ölkələrdə monitorinqlər aparır.





Bunu AzNews.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bildirib.

Onun sözlərinə görə, bu monitorinqlərdə həmin ölkələrdə H5N1 virusu və digər xəstəliklərin mövcudluğu yoxlanılır: "Hazırda Xidmətin bir neçə əməkdaşı monitorinqlərin aparılması üçün Türkiyəyə ezam olunublar.

Həmçinin, Dövlət Baytarlıq Xidməti "quş qripi" xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq mütəmadi olaraq müvafiq qurumlarla birgə respublikanın müxtəlif yerlərində monitorinqlər aparır".

S. Rüstəmova deyib ki, aparılan monitorinqin nəticələrinə görə, hazırda "quş qripi" xəstəliyinə və digər yoluxucu xəstəliklərlə bağlı respublikada vəziyyət sabitdir və narahatçılığa heç bir səbəb yoxdur: "H5N1 virusunun daha çox yayıldığı ölkələrdən- Çin, Vyetnam, Hindistan, Kamboca quş əti gətirilmirilmir. Ölkəyə daxil olan quş əti məhsullarında da bu virus daşıyıcısı aşkar olunmayıb".

Amid Əyyuboğlu
AzNews.az