"Bu iş Oqtay Şirəliyevin diqqətindədir" "Bu iş Oqtay Şirəliyevin diqqətindədir"

Anar Niftəliyev: “O, həbs olunacaq“

"Bu iş Oqtay Şirəliyevin diqqətindədir"

"Əgər bu ölkədə tibb deyilən bir şey mövcuddursa, o zaman bu tibbin biliciləri öz rəylərini veriblər. Əməliyyatın yanlış seçildiyini, anesteziya üsuluna ehtiyac olmadığı bildiriblər. Ekspertizanin ilkin və yekun rəyləri, Səhiyyə Nazirliyinin baş anestezioloq və mütəxəsislərinin mətbuata təqdim edilən rəyi qarşısında Firuz İbrahimovun bu açıqlaması ancaq özünümüdafiə xarakteri daşıyır. Bu adam artıq vicdanını o qədər itirib ki, ölkənin ən nüfuzlu tibb mütəxəssislərinin rəyini belə hesaba almadan yalan uydurmaqda davam edir".

Bunu tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın rəyini tamamilə səhv adlandıran və rəyi qəbul etmədiyini deyən anesteziloq Firuz İbrahimovun açıqlamasına münasibət bildirən mərhum tənqidçinin həyat yoldaşı Anar Niftəliyev deyib. "AzNews.az"a açıqlamasında Anar Niftəliyev Firuz İbrahimovu faciənin böyüklüyünü dərk etməməkdə günahlandırıb: "Bu şəxs faciənin səviyyəsini dərk etməyəcək qədər vicdansızlıq edə bilir. Üstəlik 1 saylı Şəhər Klinik Xəstəxanasında işini davam etdirir. Pula görə hər şey etməyə hazır olan bu şəxsin yenidən həkim işləməsi necə mümkün ola bilər? Dövlət xəstəxanasında onu işə qəbul edənlər ən azından istintaqın nəticəsini gözləyə bilərdilər".

İstintaqın artıq yekunlaşmaq üzrə olduğunu deyən A.Niftəliyev F.İbrahimovun cəzalandırılacağına inandığını vurğulayıb: "Mən sizin sayt vasitəsilə Səhiyyə Nazirliyinə müraciət edirəm. Sabah isə Səhiyyə naziri Oqtay Şirəliyevə açıq məktubla müraciət edəcəyəm. Bu adam Səhiyyə Nazirliyinin baş anestezioloqunun və baş ekspertlərinin 4 ardıcıl rəyini şübhə altına alır. Bu qanmaz adam özünü müdafiə etmək üçün bütün səviyyələrdə olan instansiyalara böhtan atır və əməliyyatın düz keçdiyini deyir. Axı belə adam səhiyyədə necə işləyə, bundan sonra əməliyyatara necə girə bilər? Belə vicdanını itirmiş səviyyəsiz və savadsız adamları sayəsində Azərbaycan səhiyyəsi insanlarımız üçün dar ağacına, gilyotinə çevrilib. Mənə elə düşünürəm ki, şəxsən cənab nazir - Oqtay Şirəliyev vicdanını itirmiş bu yaramazın fəaliyyətinə qiymət verməlidir. Bu şəxs onsuz da həbs olunacaq, cinayəti sübut ediləcək. Bu iş Oqtay Şirəliyevin də nəzarətindədir. Nazirlik istintaq bitənə qədər Firuz İbrahimovun həkimlik fəaliyyətini nəzarətə götürməli idi. Ən azından Firuz İbrahimov istintaq yekunlaşana qədər həkimlikdən kənarlaşdırılmalı idi. Amma bunun əvəzində o indi 1 saylı xəstəxanada fəaliyyətini davam etdirdiyini aləmə bəyan edir".

Elnarə
AzNews.az