Deputat: “Bələdiyyələrin səlahiyyəti artırılmalıdır”


"Bələdiyyələrin hüquq və imkanlarının genişləndirilməsinə ehtiyac var".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

A. Mollazadə deyib ki, bələdiyyələr yerli icra hakimiyyəti orqanlarının asılılığından çıxaraq, müstəqil təşkilata çevrilməlidirlər:

"Bu məsələ qanunvericiliklə təsbit olunmalıdır. Belə olan təqdirdə bələdiyyə real fəaliyyət və insanların həyatına müsbət təsir göstərə bilər".

O, bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Milli Məclisdə bir sıra irad və təkliflərlə çıxış edəcəyini də qeyd edib.

A.Mollazadə sədri olduğu Demokratik İslahatlar Partiyasının (DİP) bələdiyyə seçkilərində daha geniş heyətlə iştirak edəcəyini də bildirib.

Amid Əyyuboğlu
AzNews.az