Gənclərlə bağlı beynəlxalq tədbir başa çatdı- FOTO

Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyinin birgə əməkdaşlığı çərçivəsində, Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" proqramının maliyyə dəstəyi ilə 4-9 yanvar 2014-cü il tarixində Bakı şəhərində "Youth unemployment a challenge for the European associativism" adlı beynəlxalq tanışlıq səfəri təşkil edilib.

AzNews.az-ın məlumatına görə, dünən başa çatan səfərin əsas məqsədi gənclərin işsizlik problemlərinin həllində ictimai təşkilatların və dövlət orqanlarının birgə iştirakı sahəsində yerli təcrübəni öyrənmək olub.
Bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tanışlıq səfərində İspaniya, Fransa, İtaliya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Portuqaliya Gürcüstan, Ukrayna, Moldova və Belarusiyanı təmsil edən rəsmi şəxslər iştirak edib.

Səfər müddətində iştirakçıların bir sıra istehsalat müəssisələri və mərkəzlərində, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və QHT-lərə Dövlət Dəstəyi Şurasında görüşləri keçirilib.

Qeyd edək ki, ölkəmizdə səfərə gələn nümayəndə heyətinə İspaniyanın Galicia regionun Gənclər və Könüllülük naziri Ovidio Rodeiro Tato, həmçinin Əmək və Sosial İşlər naziri Beatriz Mato Otero da olub.

AzNews.az
image description