01:35
(077) 610-22-33

Hacıbala Abutalıbovdan göstəriş: “Bağlansın”

  • >
1 051 16 Avqust 2012 11:30 | Cəmiyyət

Bakıda küçə ticarətinin qarşısının alınması üçün keçirilən reyd zamanı müsadirə ediləcək malların saxlanması üçün nəzərdə tutulan məntəqələr fəaliyyətini dayandırıb.

Bakı Şəhər Ticarət və Xidmət Trestindən AzNews.az-a verilən məlumata görə, buna səbəb küçə ticarətinin qarşısının alınması ilə bağlı Bakı meri Hacıbala Abutalıbovun göstərişinın yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsini verməsidir: "Əvvəllər küçə ticarəti geniş vüsət aldığından belə saxlama məntəqələrinə ehtiyac var idi. Çünki müsadirə olunan mallar bu məntəqələrdə saxlanır, daha sonra qapalı müəssiələrə-həbsxanalara, uşaq evlərinə, xəstəxanalara göndərilirdi. Lakin sonradan bu məhsulların keyfiyyəti tələblərə cavab vermədiyindən və kücə ticarətinin azalması səbəbindən müsadirə olunan malların həcmi çox olmadığından saxlama məntəqələrinə ehtiyac qalmadı. Bir dəfə 28 may metrosunun ətrafında 4 ton ət müsadirə olunmuşdu. Həmin əti zooparka vermək istəyəndə qəbul etmədilər ki, biz heyvanları zəhərləyə bilmərik".

Kəmalə

AzNews.az

Bağla X