Nazir sənəd imzaladı


Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin davamı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb.

İqtisadi İnkişaf Nazirliyindən AzNews-a verilən xəbərə görə, sənədi İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Dünya Bankının ölkə menceri Larisa Leşenko imzalayıblar.

2014-2016-cı illəri əhatə edən Əlavə Maliyyələşdirməyə dair Saziş çərçivəsində Balaxanı poliqonunun növbəti 20 il müddətinə istismarı məqsədilə beynəlxalq standartlara müvafiq qaydada tam reabilitasiyası, Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi üzrə milli strategiya sənədinin qısa, orta və uzun müddətli tədbirlər planı layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, regional tullantı poliqonlarının və otürücü məntəqələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulur.

Amid
AzNews.az