12:48
(077) 610-22-33

Mövlanə ilə bağlı qadağa qoyulsun- Təklif

  • >
338 11 Yanvar 2014 10:37 | Cəmiyyət

Küveyt parlamentində böyük İslam mütəfəkkiri Mövlanə Cəlalədin Ruminin əsərlərinin ölkəyə girişinə qadağa qoyulması məsələsi müzakirə edilib.

Ölkə parlamentində çıxış edən millət vəkili Məhəmməd əl Cəbri "Mövlanə Cəlalədin Ruminin əsərlərinin ölkəyə girişinə icazə verilməməlidir" deyib.

Millət vəkili, Ruminin 741 illik yubileyi ilə bağlı Küveytdə simpozium keçirilməsinin əleyhinə olduğunu söyləyib. O, çıxışı zamanı ölkə Daxili işlər Nazirliyinə də belə tədbirlərin keçirlməsinə qadağa qoyulmasını təklif edib.

Millət vəkilinin çıxışı sosial mediyada qalmaqala səbəb olub. Parlament üzvü məsələnin böyüdünü görüb, çıxışın yalnış istiqamətləndirildiyini bildirib.(anspress)
Bağla X