- Köhnə - Cəmiyyət
- 11 Yanvar 2014 21:29
- 3 244
Şəhriyar Məmmədyarov: “Vüqarı bütün dünya şahmatı itirdi“ - VİDEO
"Son turnirlərdə biz hər zaman bir yerdə oynamışıq. Biz bir yerdə Avropa çempionu olduq. Onun son turnirindən, qabaqki turnirinə mənimlə getmişdik. Biz o turnirdə çox gözəl planlar qururduq. Fikirləşirdik ki, qarşıda nələr etmək lazımdır ki, Azərbaycan komandası dünyanın ən güclü komandası olsun. Biz onunla Avropa çempionu olmuşuq. İlk dəfə Azərbaycan tarixini yazmışıq".
Şahmatçının sözlərinə görə, həmkarı ilə ölüm haqqında fikirləşməyiblər, hələ çox gənc olduqlarını düşünüblər. "Çox təəsüflər olsun ki, gözlənilməz hadisələr baş verdi və bu hadisələrdən sonra Azərbaycan şahmatı - milli komadamız 2 ildir artıq Vüqarsız oynayırdı. Amma mən belə fikirləşirəm ki, son iki il ərzində nəinki Azərbaycan şahmat Vüqarı itirib, bu gündən sonra bütün dünya şahmatı Vüqarı itirdi. Bütün dünya çox üzülür".
AzNews.az