Gülər Əhmədova BDU-dan niyə çıxarılmayıb? - Rəsmi açıqlama

Bakı Dövlət Universiteti (BDU) Milli Məclisin keçmiş deputatı, hazırda həbsdə olan Gülər Əhmədova ilə bağlı açıqlama verib. BDU-nun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, BDU-da işdən çıxan əməkdaşlar haqqında məlumatlar universitetin rəsmi saytdan çıxarılır: "O cümlədən, Məhəmməd İmanlı rektorun müvafiq əmri ilə universitetdən xaric edildikdən sonra BDU-nun rəsmi saytından onun haqqında olan məlumat da çıxarılıb. Sadəcə onun işlədiyi müddətdə yayımlanan məlumatlar, elmi əsərlərinin siyahısı saytın fakültə üzrə sisteminin baza arxivində qalıb. Gülər Əhmədovanın isə BDU-da fəaliyyəti dayandırılıb, lakin onun haqqında məhkəmənin yekun qərarı universitetə daxil olmadığına görə (nəzərə alsaq ki, proses Bakı Apellyasiya Məhkəməsində davam edir) o, hələlik əməkdaşlar sırasından rəsmi olaraq xaric edilməyib.

Amid Əyyuboğlu
AzNews.az