Vəkillərin imtahanı ilə bağlı Rəsmi məlumat

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin test imtahanının nəticələri açıqlanıb.

TQDK-nın saytında bildirilir ki, Komissiya Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 2 binada təşkil olunmuş imtahan saat 11:00-da başlanmış və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri həmin gün saat 16:40-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmiş və namizədlərin imtahan nəticələri haqında sənədlər Vəkillər Kollegiyasına təqdim olunub.

Müsabiqədə iştirak etmək ücün 706 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 68 nəfəri imtahanda iştirak etməyib. Namizədlərdən 213 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərərək növbəti mərhələyə buraxılıblar. Ən yüksək nəticə isə 90 bal olub.

Müsabiqənin növbəti mərhələsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılır. Bununla bağlı namizədlərə həmin qurum tərəfindən əlavə məlumat veriləcək.

AzNews.az