08:14
(077) 610-22-33

Komada olan jurnalistin beyin hüceyrələri ölüb

  • >
356 13 Yanvar 2014 14:08 | Cəmiyyət

Bu gün Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun iştirakı ilə Avropa.info-nun əməkdaşı Sahib İslamovun müalicə aldığı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasından tibbi konsilium keçirilib.

Avropa.info-nun direktoru Ruslan Bəşirlinin verdiyi məlumata görə, həkimlər qeyd ediblər ki, S.İslamovun beyin qabığında vegetativ vəziyyət yaranıb, onun beyin hüceyrələri ölüb.

G.Poladov S.İslamovun bu vəziyyətində onun dünyanın heç bir yerində müalicəsi mümkün deyil. Nazir müavinin sözlərinə görə, S.İslamovun beyin hüceyrələrini bərpa etmək mümkün olmayacaq.

Səhiyyə Nazirliyi rəsmisi G.Poladov Ruslan Bəşirlini və S.İslamovun ailə üzvlərini qəbul edib. Nazir müavini deyib ki, xəstəxana şəraitində S.İslamovun müalicəsi davam etdiriləcək. Həkimlər əllərindən nə gələcəksə, edəcəklərini bildiriblər.

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ötən ilin dekabrın 30-da bir qrup jurnalist Sahib İslamovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ediblər.


AzNews.az
Bağla X