"Azərbaycanlılara qarşı münasibət o qədər də yaxşı deyil" "Azərbaycanlılara qarşı münasibət o qədər də yaxşı deyil"

“Axıra qədər bu mübarizəni davam etdirəcəyik” - Deputat

"Azərbaycanlılara qarşı münasibət o qədər də yaxşı deyil"




"Rusiyada yaşayan azərbaycanlılara qarşı münasibət hələ də qeyri-qənaətbəxş olaraq qalır".


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlı miqrantlarla bağlı yaranan problemə adi məsələ kimi yanaşmaq düzgün deyil:

"Bu məsələ artıq ciddi səviyyəyə çatıb və daha da pisləşməsini istəyən qüvvələrdə var: "Bu problem bir az da ağırlaşıb. Hesab edirəm ki, bununla bağlı Azərbaycan tərəfi daha ciddi danışıqlar aparmalıdır. Ümumiyyətlə, etnik məsələlər Rusiyada çox ciddiləşib. Xüsusən də azərbaycanlılara qarşı münasibət o qədər də yaxşı deyil".

Deputat əlavə edib ki, Azərbaycan və Rusiya hökumətlərarası münasibətlər hər zaman yaxşı olub və indidə yaxşıdır.

Son zamanlar iki ölkə arasında bəzi problemlər olmasına baxmayaraq, dövlət başçılarının bir-birlərinə münasibəti yüksək səviyyədə qalmaqdadır:

"Biz onların maraqlarına toxunmuruq və enerji məsələlərində də bu maraqlar qorunur. Onlarla müəyyən məsələlərdə razılığa gəlirik. İki ölkə arasında ticarət dövriyyəsinin də həcmi 2 milyard dolları keçib.

Amma ola bilər ki, dövlətlərarası müəyyən problemlər qalır. Çünki Gömrük - Avrasiya İttifaqına qoşulma məsələləri gündəmdə hələ də qalmaqdadır. Biz də müstəqil dövlətik. Dövlət başçısı da müstəqil siyasət aparır. Biz axıra qədər də bu mübarizəni davam etdirəcəyik. Bu bizim dövlətimizin prioritet siyasətidir".

V.Əhmədov bildirib ki, Rusiyada azərbaycanlı miqrantlara qarşı münasibətin yaxşılığa doğru dəyişilməsində diaspora təşkilatlarımız da artıq aciz vəziyyətdə qalıblar: "Bu məsələ ilə bağlı diaspora təşkilatları da çox ciddi işlər görür. Amma faydası çox azdır. Bizə olan münasibətin kökü dövlətdən qaynaqlanır. Bu məsələnin həlli də yuxarıdan gəlməlidir ki, problemlərə son qoyulsun".

Deputat vurğulayıb ki, soydaşlarımıza arxa durmalıyıq:
"İndiki halda çalışmalıyıq ki, soydaşlarımızın Rusiyada işləmələri üçün müəyyən qədər şərait də yaradılsın".

Amid Əyyuboğlu
AzNews.az