04:45
(077) 610-22-33

Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olundu

  • >
421 13 Yanvar 2014 18:11 | Cəmiyyət

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olunub.

Türkiyənin "Ötüken" nəşriyyatı Əli Həsənovun "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti" adlı monoqrafiyasını çapdan buraxıb.

Türkiyə oxucularına təqdim olunan bu tədqiqat əsəri mötəbər mənbələrdən götürülüb və böyük bir hissəsi elmi dövriyyəyə ilk dəfə buraxılmış zəngin yerli və xarici materiallardan, elmi əsərlərdən və internet resurslarından istifadə edilməklə ərsəyə gəlib.

Monoqrafiyada dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi il ərzində Azərbaycanda milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirilən siyasət elmi-nəzəri cəhətdən dərindən araşdırılıb.

Kitabda Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahələrdə həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır.

Əsərdə ölkənin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, bu istiqamətdə həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri tədqiq edilir, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi parametrlər əsasında qiymətləndirilir.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun milli təhlükəsizliyə təsiri məsələsinə də xüsusi diqqət yetirib.

Bu əsər professor Əli Həsənovun Türkiyədə nəşr olunan sayca ikinci kitabıdır. Bundan əvvəl onun "Geopolitika" adlı monoqrafiyası qardaş ölkənin oxucularına təqdim olunub.


AzNews.az
Bağla X