Şorbadan narkotik çıxdı- Foto

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, AR CM-nin 177.2.1, 1772.3 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Əliyev Qadir Nadir oğluna tanışı Ağayev Coşqun Əliqulu oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı "BİG BON" sözləri yazılmış birdəfəlik quru toyuq şorbasının içərisində qarışdırılaraq gizlədilmiş, çəkisi 4.3 qr olan narkotik maddə - tiryək və çəkisi 1.9 qr olan narkotik maddə - marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.


AzNews.az