Nazirlikdən daha bir elektron xidmət



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı vasitəsilə vətəndaşlara təqdim etdiyi e-xidmətlər arasında "Müavinətlər üzrə axtarış" adlı xidməti var.

Bu xidmət vasitəsilə vətəndaşın FİN koduna uyğun sosial müavinətlər haqqında məlumatların əldə edilməsi mümkündür.

AzNews.az xəbər verir ki, bunun üçün "Elektron hökumət" portalına daxil olub ƏƏSMN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "Müavinətlər üzrə axtarış" xidmətinin adını seçmək lazımdır:

"Açılan formanın içində "FİN" sətrində istifadəçinin FİN kodu əks olunacaqdır. Siz əldə etdiyiniz məlumatları PDF formatında kompüterin yaddaşında saxlaya, çap edə, özünüzün və yaxud başqa şəxslərin elektron poçt ünvanına göndərə bilərsiniz.

Qeyd edək ki, müavinət almırsınızsa, bu vaxt "FİN" sətrində əks olunan FİN kodu əsasında "Göndərmək" düyməsindən istifadə etdikdə, açılan yeni formanın içində heç bir məlumat əks olunmayacaqdır".

Elnur
AzNews.az