- Köhnə - Cəmiyyət
- 14 Yanvar 2014 11:13
- 1 564
Leyla Yunusa protez göz qoyulub
Məlumata görə, uzun müddətdir ki, müalicə olunan Leyla Yunusun əməliyyatı normal keçsə də, əməliyyat zamanı onun sol göz bəbəyi amputasiya edilib və protez göz birləşdirilib.
Həkimlərin sözlərinə görə, hazırda Leyla xanımın vəziyyəti kafidir, reanimasiya şəraitindədir.
Məlumata görə, Leyla Yunus ötən ilin noyabr ayında eyni xəstəxanada prof.dr.Can Şanioğlu tərəfindən əməliyyat olunmuş və xəstəliyinin qismən aradan qaldırılması təmin olunmuşdu. Yanvarın əvvəlində keçirilən növbəti müayinə zamanı Leyla Yunusun yenidən əməliyyat olunması məsləhət görülüb və həyata keçirilib.
Leyla Yunusun yanvarın 21-də Azərbaycana dönəcəyi bildirilib.
AzNews.az