14 dərəcə isti olacaq

Azərbaycanda hava nisbətən mülayimləşəcək, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz ediləcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz, 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

AzNews.az