"Cəhalət bütün pisliklərin anasıdır" "Cəhalət bütün pisliklərin anasıdır"

Cinə inanan yazıçı: “İsa da cin çıxarıb”

"Cəhalət bütün pisliklərin anasıdır"




Bir neçə gün əvvəl aparıcı Elgiz Əkbərin təqdimatında ANS-də yayımlanan "Adam içində" proqramında Həsən adlı ekstrasensin "cin çıxarma" əməliyyatı hələ də müzakirə mövzusudur.

Köşə yazarı Elnur Astanbəyli AzNews.az-a açıqlamasında bildirdi ki, "cin çıxarma" əməliyyatı kütləvi savadsızlığın məntiqi yekunlarıdır:



"Bu gün Azərbaycanda elmin, təhsilin, kitabın vəziyyətini hamı bilir və görür. Bu da fəaliyyətin olmadığı yerdə bütün bayalıqların, eybəcərliklərin önünü açılır. Cəhalət hökm sürdüyü yerdə bu cür ənənələrin dirilməsinin şahidi olacağıq. Belə bir söz var:

"Cəhalət bütün pisliklərin anasıdır. Əslində necə olmalıydı ki? Əgər bu gün o televiziyalardan intellektualzimi, kitabı, mədəniyyəti uzaqlaşdırıblarsa, orada heç bir sahədə fərqli fikrə meydan yoxdursa, onlar efiri nə ilə doldurmalıdır? Məcbur olub cin çıxaranlara, palatka müğənnilərə meydan verirsən. Bu əslində özü də məqsədlidir. Azərbaycan cəmiyyətinin savadsızlaşdırmaq siyasətinin bir hissəsidir. Adamları şouya, bu cür utanverici mövzulara elə-belə sürükləmirlər".

Tənqidçi Əsəd Cahangir isə fərqli bir mövqedən çıxış etdi:

"Bəzi adamlar var ki, hamıya-bütün falçı və ekstrasenslərə inanır. Mən tamam başqa bir mövqe tutmağın tərəfindəyəm. Onların arasında doğrudan da bu işə qabil olanlar da var, bundan sui-istifadə edənlər, şarlatanlıq, fırıldaqçılıq edənlər də var. Cin çıxarmaq məsələsinə gəlincə, mən buna ümumiyyətlə, inanıram.

Cinin varlığına da, onun insanın ruhuna daxil olmağına da. Cini çıxarmağı bacaran adamlar da var. Bunun hələ ilk nümunəsini İsa Peyğəmbər göstərib. Bu, müqəddəs kitablarda da var. Amma bir çoxları bundan sui-istifadə edib, pul qazanmaq vasitəsinə çeviriblər. Konkret olaraq, mən bu oğlanı görməmişəm.

Deyə bilmərəm ki, o, bunun mütəxəssisidir, ya yox. "Cin çıxarmaq" əməliyyatının dünyada böyük bir elmi var. Almaniyada Parapsixologiya Universiteti var, çoxlu elmi kitablar yazılıb. Biz də vaxtıyla belə bir mərkəz olub, sadəcə indi fəaliyyəti zəifləyib. Mən bunların elmi istiqamətə yönəlməsinin tərəfdarıyam. Mərkəz olmasa, elmi kitablar yazılmasa, fırıldaqçılar pul qazanmaq məqsədi ilə insanları soyacaqlar".

Bahar
AzNews.az