Mais Məmmədov ANS-dəki ixtisarlardan danışdı

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov bu gün xəbər portallarında gedən ANS-də ixtisarlar və s. barədə xəbərlərə reaksiya verərək, ANS PRESS-in suallarını cavablandırıb.

- Mais müəllim, bir sıra portallar ANS-in müxbir məntəqələrinin bağlanması barədə xəbərlər yayıblar. Bunlar nə dərəcədə doğrudur? Doğrudanmı, ANS öz müxbir məntəqələrini bağlayır?

- Mən sizə deyim ki, hər il ANS rəhbərliyi yanvar ayında vəziyyətə baxır və kimlərlə müqaviləsini davam etdirməyə qərar verir. Biz də bir neçə müxbir məntəqəsi var: Amerikada, İngiltərədə, Rusiyada, Gürcüstanda, Gəncədə, Qarabağda müxbir məntəqələrimiz var. İndi bizdə iki müxbir məntəqəsi - Göyçay və Cəlilabad məntəqələri bağlanıb. Birincisi, bu məntəqələr yaxındır, yəni özümüz də gedə bilərik. İkincisi, həmin məntəqələrin işi bizi qane etmir. Həm də Cəlilabad məntəqəsi Lənkərana çox yaxındır.

Ümumiyyətlə, bizim öz Akademiyamızda da yeni kadrlar hazırlayırıq. Baxırıq, kim işləmir, onları yeni kadrlarla əvəz edirik. Yəni məntəqələrin bağlanması yalandır. Biz məntəqəsiz necə işləyə bilərik? Bütün dünyadan xəbər alırıq. Bununla bağlı deyilənlər şayiədir. Biz həmişə kadr dəyişikliyi işini aparmışıq və bu il də aparacağıq. Yəni tək bizdə deyil, istənilən portalda, telekanalda bu iş gedir. Məsələn, biri qocalır, onu cavanla əvəz edirlər. Nəyə görə belə hay-küy qaldırırlar? Deməli kiməsə lazımdır. Kiməsə lazımdır ki, ANS adını yazsın ki, məqaləsi oxunsun. Özlərini reklam etmək üçün buna gedirlər. ANS tək Azərbaycanda deyil, bütün MDB məkanında birinci müstəqil telekanaldır. Hələ Rusiyada "NTV" yox idi, Azərbaycanda ANS vardı. Rusların bir sözü var: "Biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq". İndi bizdə bütün müstəqil kanallar içində ANS həmişə birinci olub. Birinci yolu gedən üçün həmişə çətin olub.

Bizi bağlayırdılar da, tənqid edirdilər də, amma biz heç zaman dayanmırdıq. Bilirdik ki, bir anlığa belə dayanmaq olmaz. Və bu proses davam edəcək.

- Portallar həm də ANS-in satışa çıxarılması ilə bağlı da şaiyələr yayırlar? Bu, nə dərəсədə doğrudur?

- Bu, ən böyük şaiyədir. Sizсə, bayrağı, gerbi satmaq olarmı? ANS xalqın kanalıdır və həmişə xalqın yanında dayanaсaq. Kimin xoşuna gəlmir, gəlməsin: ANS həmişə işləyəсək və heç zaman satılmayaсaq. Neсə ki, ürəyi, namusu və qeyrəti satmaq mümkün deyil, ANS-i də satmaq olmaz.

Biz bu şayiələri yayanlarla məhkəmədə danışaсağıq. Niyə bizi ləkələmək istəyirlər? Çoxusu təzə açılmış portallardır. Oturub düşünürlər ki, neсə edək ki, qalxaq. Bu сür сəfəngiyyatlar uydururlar. Məhkəmə bunlara сərimə yazanda məlum olur ki, almağa bir kompüterdən başqa heç nələri yoxdur.

ANS Azərbaycan xalqının kanalıdır. Azərbaycanın müstəqillik tarixinin ən böyük arxivi ANS-dədir. Biz bu yolda bu qədər can qoymuşuq, yaralar almışıq. Bunu atmaq olarmı?

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev hazırda Şeyx Allahşükür Paşazadə ilə birlikdə Türkmənistanda səfərdədir. Biz ona zəng edib bu barədə məlumat vermişik. O, çox narahat olub. Bizə bildirib ki, millətə çadırın ki, ANS xalqın kanalıdır. Heç xalqın da kanalını satmaq olar? Kim bu barədə şaiyə yayıbsa, məhkəmədə cavab verəcək. (ANS)